Bu il fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 508,4 min nəfər olub.
Unikal.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlardan 881 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 627,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 22%-i təhsil, 19,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,9%-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2018-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3% artaraq 519,8 manat təşkil edib. Amma bu, ilin əvvəli ilə müqayisədə isə 1,6% azdır.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.