Peşəkar döyüşün tanınmış simalarından, keçmiş dünya çempionu Adrien Broner bu dəfə də qalmaqalla gündəmə gəlib. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, boksçu Atlantadakı ticarət mərkəzlərindən birində etdiyi tərbiyəsizliyə görə polis tərəfindən saxlanılıb. Belə ki, 28 yaşlı boksçu alış-veriş məkanında qızlardan birinə qarşı seksual xarakterli yaxınlıq etmək niyyətinə düşüb. Bunu anlayan və onun bu fikri ilə razılaşmayan xanım polisə şikayət edib.

Hər zaman qalmaqalları ilə diqqət çəkən Broner günahını boynuna almayıb:

"Mən heç kimə toxunmamışam. Sadəcə olaraq, o şəkil çəkdirmək istəyirdi, mən də istəmirdim .

Qeyd edək ki, artıq 10-cu dəfə saxlanılan sabiq dünya çempionunun aprelin 21-də məhkəməsi keçiriləcək.

O bundan öncə isə marketləin birinə girib ərzaq alıb. Satıcı pulun xırdasını qaytaran zaman o əsəbləşib. Saha sonra həmin pulları havaya saçaraq: "Mən Bornerəm, pulun qalığını götürmərəm deyib və marketdən çıxıb.