2000-cı illərin əvvəllərində Çeçenistanda Rusiya hərbçilərinə hücum edən şəxs Rusiyaya təhvil verilib. 

Unikal.org  "İnterfaks"a istinadən xəbər verir ki, bu gün Azərbaycan Rusiya Baş Prokurorluğunun sorğusu əsasında RF Cinayət Məcəlləsinin 209.2 maddəsi ilə ittiham olunan Səyd-Husin Leçiyeviç Takayevi ekstradisiya edib.

Baş Prokurorluğundan bildirilib ki, 2000-2003-ci illərdə Takayev bir çox silahlı hücumlarda iştirak edib. Belə ki, o silahlı quldur dəstələrinin tərkibində Çeçenistan ərazisində respublikanın qanuni hakimiyyət nümayəndələri, antiterror tədbirləri aparan Rusiya Federasiyasının hərbçiləri, eləcə də yerli sakinlərə hücum edib.