Bakıda Bakıxanov qəsəbəsində yerləşən "Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi hərraca çıxarılıb.
Unikal.org xəbər verir ki, bu qeyri-yaşayış sahəsi üzrə hərrac aprelin 9-da keçiriləcək. Əmlak kompleksinin hərracı açıq formada keçiriləcək. İlkin qiymət - 37 744 000 (otuz yeddi milyon yeddi yüz qırx dörd min) manatdır.
Əmlak kompleksinin tərkib hissəsi olan torpaq sahələrinin dəyəri - 10536603 manat, binalar, tikililər və tamamlanmamış tikilinin dəyəri 18950826 manat, nəqliyyat vasitələri, texnika və avadanlıqlar, digər aktivlər isə 8256571 manatdır.