Bu gün  tanınmış futbol məşqçisi Böyükağa Hacıyevin dəfn mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, mərhumla vida mərasimi ailə üzvlərinin yaşadığı məhəllədəki xeyir-şər evində təşkil olunub.

Vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, "Neftçi klubunun sabiq prezidenti və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, AFFA Məşqçilər Komitəsinin üzvləri, "Keşlənin prezindenti Zaur Axundov, "Neftçi rəhbərliyi, baş məşqçi Tərlan Əhmədov və futbolçular, eləcə də digər klubların rəsmiləri, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Daha sonra mərhum dəfn olunmaq üçün Keşlə qəbiristanlığına aparılıb. Cənazə namazından sonra B.Hacıyevin nəşi torpağa tapşırılıb.

*** 14:15
 
Xəbər verdiyimiz kimi, tanınmış futbol məşqçisi, "Neftçinin keçmiş çalışdırıcısı Böyükağa Hacıyev bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Unikal.org-un aldığı məlumatına görə, mərhumun dəfni günorta saatlarında Keşlə qəbiristanlığında olacaq.

*** 11:44

"Neftçinin və Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev rəhmətə gedib.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, tanınmış məşqçi bu gün səhər dünyasını dəyişib.

Məlumatı "Qafqazinfo"ya açıqlamasında Böyükağa Hacıyevin oğlu Yusif Hacıyev də təsdiqləyib.