Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında qatar yoluna yıxılan şəxsin kimliyi müəyyənləşib.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin unikal.org-a verdiyi xəbərə görə, bu, 85 yaşlı Məmmədova Sürəyya Söhbət qızıdır.

"İçərişəhər" stansiyasında qatar dayananda 85 yaşlı Məmmədova Sürayyə Söhbət qızı birinci vaqonun birinci qapısından düşüb.


Sola dönüb stansiyadan çıxmaq əvəzinə sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb. Görünüşdə ciddi xəsarət müşahidə edilməsə də təcili tibi yardım çağırılıb. Xətdə ümumilikdə 3 dəqiqə gecikmə yaranıb", - deyə N.Paşayev vurğulayıb.

12:59

Bu gün Bakı metrosunda həyəcanlı anlar yaşanıb. 

Bu barədə unikal.org-a "Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev məlumat verib. Bildirib ki, bu dəqiqələrdə (12:55) "İçərişəhər" stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb:

"Hadisə qatar olmayan vaxt baş verib. Gərginliyi çıxarıb sərnişini qatar yolundan çıxartmağa çalışırıq. Xətdə müəyyən gecikmə olacaq. Xahiş olunur nəzərə alasınız. Daha ətraflı məlumat veriləcək".