Sabirabadda 3 yaşlı oğlan boğulma diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Nizami kənd sakini, 2015-ci il təvəllüdlü İsgəndərli Cahid Nahid oğlu ayaqyolunun quyusuna düşüb. 

Azyaşlı uşaq boğulma (asfiksiya) diaqnozu ilə ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.