Gəncə şəhərində 49 yaşlı kişi intihara cəhd göstərib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayonu ərazisində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Rövşən Valeh oğlu Məmmədov yaşadığı qardaşı evində biləyini kəsərək intihara cəhd edib. Yaralı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirlir.
İlkin məlumata görə, ailəsi dağılan 49 yaşlı kişinin bir ay əvvəl anası rəhmətə gedib və bu səbəbdən stress keçirib.
Faktla bağlı araşdırma aparılır.