Qaxda 62 yaşlı kişi zəhərlənib.

Unikal.org  APA-”ya istinadən bildirir ki, martın 16-dən 17-ə keçən gecə Qax şəhərində yaşayan 1956-cı il təvəllüdlü Aydın Feyzullah oğlu Nəbiyev zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı 62 yaşlı Aydın Nəbiyevin spirtli işkidən zəhərləndiyi məlum olub. Aydın Nəbiyevə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.