"Builki Prezident seçkiləri ilə əlaqədar 17 beynəlxalq təşkilatlardan 115 müşahidəçi MSK-da qeydiyyatdan keçib.
Unikal.org-un məlumatına görə, bun sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında deyib.
MSK sədrinin sözlərinə görə, seçkiləri izləyənlər arasında 36 ölkənin təmsilçiləri olacaq: "MSK-da qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 615, dairələrdə isə bu rəqəm 42 minə yaxındır.