Rusiyanın Moskva vilayətində azərbaycanlı iş adamına qarşı kuryoz cinayət hadisəsi baş verib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan azərbaycanlı biznesmen Malino kəndi istiqamətində hərəkət edərkən naməlum şəxslər onun avtomobilinin qarşısını kəsiblər. Maskalı şəxslər onun avtomobilinə soxularaq 200 min rubl (təxminən 3500 dollar) pulu götürmək istəyiblər.

Amma iş adamı quldurlara müqavimət göstərib. Bu zaman basqınçılardan biri atəş açmağa başlayıb. Güllələr isə azərbaycanlı biznesmenə yox, basqınçılardan birinə dəyib. Nəticədə o, həlak olub. Panikaya düşən quldurlar yoldaşlarını hadisə yerində qoyaraq qaçıblar.

Hazırda onların axtarışı gedir.