Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət edən Gəncə şəhər sakini S.Hüseynalıyeva bank hesabından 791 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.
DİN-dən unikal.org-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun şəhər sakini Əfqan Məmmədov olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.