Mingəçevirdə mənzildən oğurluq hadisəsi baş verib.
Unikal.org report-a istinaən xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsi, 7 ünvanında yerləşən binanın ikinci mərtəbəsində yerli sakin Sevda Abdullayevaya məxsus mənzil qarət olunub.
Əldə edilən məlumata görə, evdən təqribən 30 min manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.