"Azərbaycan Rusiyada sabitliyin olmasında maraqlıdır".
Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri, MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının koordinatoru Ziyafət Əsgərov bildirib.
O, Rusiyanın Azərbaycanın strateji tərəfdaşı olduğunu vurğulayıb: "Azərbaycan üçün strateji tərəfdaşı olan Rusiyanı stabil və güclü ölkə kimi görmək vacibdir. Sözsüz ki, sabitlik bütün ölkələr üçün vacibdir. Biz Rusiyada və bütün MDB ölkələrində sabitliyin olmasında çox maraqlıyıq. Çünki sabitlik olmadan inkişaf yoxdur. Sabitlik olan yerdə inkişaf da olur, iqtisadiyyat da yaxşı inkişaf edir. İqtisadiyyat inkişaf edirsə, deməli, insanlar yaxşı yaşayır. Biz hamımız sabitliyin olmasında maraqlı olmalıyıq. Şükürlər olsun ki, bu gün Rusiyada da sabitlik mövcuddur. Sabitlik şəraitində prezident seçkiləri keçirilir".