"Təbliğat-təşviqat dövründə Yeni Azərbaycan Partiyası 40-dan çox mitinq keçirəcək.
Unikal.org-un məlumatına görə, bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın qərargahında www.ilhamaliyev2018.az saytının təqdimatı zamanı bildirib.
O deyib ki, YAP qanunvericiliyə əsasən əhaliyə təbliğat xarakterli materiallar paylayacaq: "Bundan başqa, sosial şəbəkələrdə təbliğat-təşviqatla bağlı kampaniyalara start verəcəyik. Yeni saytda təbliğat imkanları genişdir. Buradan namizədimiz, cənab prezident İlham Əliyevin fəaliyyəti barədə istənilən məlumatı bölüşmək olar.