Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) aprelin 11-nə təyin edilmiş prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədi ilə püşkatma keçirilib.
Unikal.org-un məlumatına görə, MSK sədrinin müavini bildirib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq həftədə 3 saat İctimai Televiziya, 3 saat İctimai Televiziyada ödənişsiz efir vaxtı ayrılacaq.
N. Məmmədov İctimai Televiziya və İctimai Radioda hər dəfə 1 saat olmaqla, həftə ərzində üç Dəyirmi Masa təşkil ediləcək. Ötən seçkilərdən fərqli olaraq namizədlərin istəyi nəzərə alınaraq, İctimai Televiziyada efir vaxtı saat 19.00-dan saat 22.00-a dəyişdirilib. İctimai Radioda isə Dəyirmi masalar saat 19.00-da təşkil ediləcək.
Püşkatmanın nətixəsinə əsasən İctimai Televiziya və Radioda namizədlər aşağıdakı ardıcılllıqla çıxış edəcəklər:
1 - öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc,
2- Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə
3- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev
4- Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev
5- "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev
6- Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlaloğlu
7 - Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev
8- Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev