Mərkəzi Seçki Komissiyasında (MSK) fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı iclas keçirilir.

Unikal.org xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxılacağı, bununla bağlı müvafiq qərarlar qəbul ediləcəyi gözlənilir.

Xatırladaq ki, MSK-nın sonuncu dəfə fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. 

Araşdırılan 10 seçki dairəsi: 

- 91 saylı Ucar seçki dairəsi

- 81 saylı Beyləqan seçki dairəsi 

- 72 saylı Yardımlı-Masallı seçki dairəsi

- 95 saylı Tərtər seçki dairəsi

- 42 saylı Sumqayıt ikinci seçki dairəsi

- 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi

- 15 saylı Yasamal birinci seçki dairəsi

- 28 saylı Sabunçu üçüncü seçki dairəsi

- 79 saylı İmişli seçki dairəsi 

- 60 saylı Salyan-Neftçala seçki dairəsi

14:07

****

14:33

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş parlament seçkiləri ilə əlaqədar bir neçə Seçki Dairəsində səsvermənin nəticələri ilə bağlı müraciətlərə baxılıb.

Unikal.org-un məlumatına görə, həmin müraciətlərin Dairə Seçki komissiyalarına (DSK) göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

İclasda 8 saylı Binəqədi Birinci,

12 saylı Qaradağ-Binəqədi,

13 saylı Xəzər-Pirallahı,

15 saylı Yasamal Birinci,

16 Yasamal İkinci,

17 saylı Yasamal Üçüncü,

18 saylı Nərimanov-Nizami,

22 saylı Nəsimi İkinci,

23 saylı Nəsimi-Səbail,

29 saylı Səbail,

31 saylı Suraxanı İkinci,

32 saylı Suraxanı Üçüncü,

34 saylı Xətai İkinci,

40 saylı Kəpəz İkinci,

42 saylı Sumqayıt İkinci,

46 saylı Şirvan,

47 saylı Mingəçevir,

56 saylı Xaçmaz Kənd,

60 saylı Salyan-Neftçala,

63 saylı Sabirabad Birinci,

72 saylı Yardımlı-Masallı,

79 saylı İmişli Şəhər,

82 saylı Ağcabədi,

84 saylı Füzuli,

91 saylı Ucar,

94 saylı Bərdə Kənd,

88 saylı Göyçay,

98 saylı Şəmkir Şəhər,

106 saylı Tovuz-Qazax-Ağstafa,

107 saylı Qazax,

112 saylı Qax,

118 saylı Ağdam Şəhər Seçki dairələri

üzrə müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsi ilə bağlı qərar qəbul edilib.