Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 46 saylı Şirvan seçki dairəsi və 88 saylı Göyçay seçki dairəsi ilə bağlı şikayətlərə baxılıb.

Unikal.org xəbər verir ki, sonda həmin şikayətlərin müvafiq Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

*** 16:20

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt seçki dairəsində səsvermə nəticələri ilə bağlı şikayətə baxılıb.

Unikal.org xəbər verir ki, sonda həmin müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.