Balakəndə 25 yaşlı oğlan bıçaqlanıb.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, bu gün axşam saat 19 radələrində Balakən şəhər, N. Nərimanov küçəsi ev 45 ünvanında yaşayan 1993-cü il təvəllüdlü İsrafil Fərhad oğlu Əliyev bıçaq yarası xəsarəti ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan verilən məlumata görə, müayinə zamanı 25 yaşlı İsrafil Əliyevə döş qəfəsinin sağ tərəfinin arxa hissəsinin kəsilmiş-deşilən və daxilə nüfuz edən bıçaq yarası dioqnozu qoyulub. İsrafil Əliyevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.
Balakən rayon Polis Şöbəsindən verilən məlumatda İsrafil Əliyevin bıçaqlanması faktı təsdiqlənib, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib. Məlumatda bildirilir ki, İsrafil Əliyev Balakən MRX-da diş həkimi işləyən Fərhad Əliyevin oğludur.