CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 67,01 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,84 dollar/barel çoxdur. B
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 66,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 61,82 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 64,62 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,94 dollar/barel çoxdur.