Bu gün səhər saat 07 radələrində Qax şəhəri Axundov küçəsi ev 33 ünvanında yaşayan Mərdan Hacımurad oğlu Əliyev sol qolun dirsək və bilək nahiyəsinin kəsilmiş yarası ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, müayinə zamanı 50 yaşlı M. Əliyevin intihar etmək məqsədi ilə kəsici alətlə özü-özünə xəsarət yetirməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.