Martın 19-da saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Bəxtiyar Həmzəliyev idarə etdiyi "İsuzu markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurub.

Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.