Bu gün səhər saatlarında Biləsuvarda naməlum qadın meyiti tapılıb.

Unikal.org-un məlumatına görə, aparılan araşdırmalar zamanı onun rayon sakini 1948-ci il təvəllüdlü Gülnisə Ağamməd qızı Şirinova olduğu müəyyənləşib.

İlkin ehtimala görə, qadın ürək tutmasından ölüb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.