Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

Unikal.org report-a istinadən məlumatına görə, qəza Bakı-Qazax avtomobil yolunda qeydə alınıb.

Belə ki, magistralın Goranboy rayonunun Goran qəsəbəsi ərazisindən keçən hissəsində ər-arvad yolu keçmək istəyirlərmiş. Bu zaman Bakıdan Gədəbəy rayonuna doğru hərəkət edən sərnişin avtobusu kişini vurub. Nəticədə Naftalan sakini, 1966-ci il təvəllüdlü Suliddin Qəmət oğlu Şərifov hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.