Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət Departamentinin Suriyanın Afrin bölgəsindəki vəziyyətlə bağlı verdiyi bəyanata münasibət bildirib.
Unikal.org CNN Türk-ə istinadən xəbər verir ki, Ərdoğan ABŞ-ı terrorçularla əməkdaşlıq etməkdə ittiham edib. O, əlavə edib ki, əgər Amerika Türkiyə ilə strateji tərəfdaşdırsa, bu əməliyyatda onlara dəstək olmalıdır:
"Öz pulumuzla sizdən silah almaq istəyəndə bu silahları bizə satmadınız, terror təşkilatına isə silahları pulsuz verdiniz. Terrorçulara 5 min yük maşını silah və texnika bağışladınız.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti və Pentaqon Türkiyənin Afrində keçirdiyi antiterror hadisəsindən narahatlıq keçirdikləri barədə bəyanatlar veriblər.