Axşam saatlarında Mingəçevir şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Unikal.org Report-a istinadən bildirir ki, xəbər verir ki, şəhərin Təbriz küçəsi ilə hərəkətdə olan naməlum markalı maşın təqribən 40-42 yaşlı piyadanı vuraraq hadisə yerindən uzaqlaşıb.
Lakin maşın 600-700 metr getdikdən sonra idarətemədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb.
Hər iki yaralı xəstəxanaya çatdırılıb.
Vurulan piyadanın Mingəçevir balıqçılıq müəssisəsinin Anar adlı əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.