Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə İsmayıllı rayonu ərazisində "NAZ markalı minik avtomobilinin çaya düşməsi barədə məlumat daxil olub. 

Unikal.org-un  FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə zamanı yaralanaraq köməksiz vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.