Ağdamda qonşular arasında kütləvi dava olub.

Unikal.org  APA-ya istinadən xəbər verir ki,  hadisə 4 Yol qəsəbəsində torpaq sahəsi üstündə  baş  verib. 

Ramiz Nəsibov qonşusu Məmmədov Rəşadətlə arasında qalan torpaq sahəsini hasara almaq istəyərkən dava düşüb.  Dava zamanı səs-küyə gələn ailə üzvləri  2002-ci il təvəllüdlü  Məmmədov Kamil Qabil oğlu, 1998-ci il təvəllüdlü Abdullayev Elmir Teymur oğlu,  1982-ci il təvəllüdlü Məmmədov Xaliq  Ziyəddin oğlu, 1945-ci il təvəllüdlü  Məmmədov İmran oğlu və ev sahibi Rəşadət Məmmədov  Ramiz Nəsibov və qardaşları tərəfindən döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.