Bayram günləri də qəzasız ötüşməyib.  Martın 20-də və 21-də baş verən yol qəzalarının statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticədə 7 nəfər ölüb, 18 nəfər xəsarət alıb.