Mingəçevir şəhərində ağır yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsində baş verib.

Belə ki, Niva markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil yolun kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 1995-ci il təvəllüdlü Hümbətov Əmirxan Vüqar oğlu xəstəxanaya yerləşdirilib.