Gəncə sakini yaşadığı binada döyülüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Adil xan Ziyadxanov küçəsində yerləşən yataqxanada baş verib.

Orada yaşayan 1995-ci il təvəllüdlü Elşad Məmmədəliyev döyülərək müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən E. Məmmədəliyevə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

E. Məmmədəliyevin kim tərəfindən döyüldüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.