"Azərbaycanlı mühacirlərin təmsilçisi" olduğunu iddia edən, sosial şəbəkələrdə ölkəmiz, dövlətimiz, millətimiz haqqında hədyanlar yağdıran "Orduxan qrupu"nun çıxışına baxıram. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun humanist çağırışına nə üçün əks reaksiya verdiklərinin məntiqini tutmaq istəyirəm. Dinləməyə onların "youtube"dakı sonuncu çıxışlarından başlayıram".
Unikal.org xəbər verir ki, bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli özünün "facebook" səhifəsində paylaşıb.
Mətbuat Şurasının sədr müavini paylaşımında yazıb: "Çıxışın 3-cü dəqiqəsində iddia edirlər ki, guya hökumət orta məktəb müəllimlərini "seçki dövründə troll kimi çalışdırır. Yanlış işə cəlb edilmələri bir yana, heç olmasa bu çalışma qarşılığında müəllim-trollara ödəniş də etmirlər". Həmin çıxışın 7-8-ci dəqiqəsində isə idda edilir ki, "hökumət seçki trollarına milyonlarla manat dəyərində vəsait xərcləyir ki, onların vasitəsilə ictimai rəyi çaşdırsın.."... Bu münvalla, 54 dəqiqəlik çıxışda özləri-özlərini 6 dəfə təkzib edirlər! Burada məntiq tapa bilmədiyim üçün sıralama ilə daha öncəki çıxışlarına baxıram: Sevinc Osmanqızı ilə müsahibəsində "Orduxan" maliyyəni haradan alması ilə bağlı suala cavab verməkdən yayınır. Deyir ki, "Mən bu barədə kimsəyə, o cümlədən Azərbaycan xalqına hesabat verməyə məcbur deyiləm". Sonrakı dəqiqələrdə isə deyir: "Mən, heç vaxt Azərbaycan vətəndaşı olmamışam, heç zaman Azərbaycan pasportu daşımamışam, hətta Sovet dönəmində də Azərbaycan pasportu daşımamışam! Heç zaman Azərbaycan pasportu daşımayan, bunu hətta fəxr edirmiş kimi söyləyən bir adamın indiki "Azərbaycan sevgisi" görəsən nə ilə bağlıdır?! Bunları dinlədikcə, nəinki suallara cavab tapmaq olmur, əksinə, suallar daha da çoxalır və əsl simaları açılır".