Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar "exit-poll keçirmək üçün 4 təşkilat MSK-ya sənədlərini təqdim edib.
Unikal.org-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Qeyd edək ki, "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll keçirən təşkilatların akkreditasiyası Qaydalarına əsasən "exit-poll keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə ən azı 20 gün qalanadək akkreditasiya üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir. Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət martın 22-ə qədər olan dövrü əhatə edib.
MSK səsvermə gününə ən azı 10 gün qalanadək, yəni aprelin 1-dək "Exit-poll keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.
APA-nın əldə etdiyi məlumata görə, "Els" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "Artur Finkelşteyn və Assosiasiya şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Way təşkilatı ilə birlikdə exit-poll keçirmək üçün MSK-ya müraciət edib.