Sumqayıtda 58 yaşlı kişini avtomobil vurub.

Unikal.org   Report-a istinadən bildirir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1960-cı il təvəllüdlü Vasif Nəriman oğlu Kərimov qəsəbə ərazisində, yol kənarında marşrut avtobusunu gözləyərkən avtomobil tərəfindən vurulub. Nəticədə o, ağır xəsarət alıb. 

Yaralı Sumqayıt şəhər TTYX-a çatdırılıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir. 

Sürücü müəyyən edilərək məsuliyyətə cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır.