Qazaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Qazax rayonu birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini 2002-ci il təvəllüdlü Vəliyev Məmməd Rövşən oğlu yolu keçən zaman avtomobil onu vurub. M. Vəliyeva tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qəzanı törədən sürücü avtomobili ilə hadisə yerindən qaçıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.