Ağstafa sakinini qatar vurub.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ağstafa Dəmir Yol vağzalında baş verib.
Ehtiyatsızlıq nəticəsində Ağstafa şəhər sakini 1957-ci il təvəllüdlü Məmmədov Akif Mürsəl oğlunun hər iki ayağı qatarın altında qalıb. Dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən A. Məmmədovun hər iki ayağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.