Ötən gün axşam saatlarından başlayan güclü külək Lerik, Lənkəran və Masallı rayonlarında fəsadlar törədib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, külək Lerikdə əsasən elektrik təsərrüfatına ziyan vurub, işıq dirəkləri və naqillər qırılıb.

Bundan başqa, bir neçə fərdi yaşayış evinin dam örtüyünə də ziyan dəyib.

Lənkəranda da külək fəsadsız ötüşməyib, əsasən fərdi evlərin dam örtüyünə ziyan dəyib. Rayonun Biləsər kəndində külək bir neçə evin damını uçurub. Analoji vəziyyət Masallı rayonunda da yaşanıb.

Hazırda hər üç rayonda küləyin vurduğu ziyanın miqdarı müəyyənləşdirilir.