Qazax rayonunda piyadanın ölümünə səbəb olaraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, 2002-ci təvəllüdlü Vəliyev Məmməd Rövşən oğlu Birinci Şıxlı kəndi ərazisində yolu keçərkən "Mercedes" markalı avtomobil tərəfindən vurulub.
Ağır xəsarət alan piyada xəstəxanaya aparılan zaman yolda keçinib.
Hadisəni törədərək ərazidən uzaqlaşan 1986-cı il təvəllüdlü sürücü İbrahimov Ramin Həmid oğlu bir müddətdən sonra saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.