Göygöldə avtomobil piyadanı vuraraq öldürüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsindən baş verib.

Hələ ki, şəxsiyyəti məlum olmayan piyadanı avtomobil vurub. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.