Prezident İlham Əliyev Rusiyanın Kemerovo şəhərində "Qış Albalısı ticarət mərkəzində baş  verən yanğın hadisəsi zamanı çoxsayı insan təlafatı ilə bağlı prezident Vladimir Putinə başsağlığı verib. 

Unikal.org xəbər verir ki, sənəddə deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olmuş yanğın barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".