Salyan rayonunda 47 yaşlı kişi özünü asaraq intihar edib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kürqaraqaşlı kəndində baş verib.
Belə ki, kənd sakini 1971-ci il təvəllüdlü Tahir Rəsmi oğlu Hüseynov yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.
Faktla bağlı araşdırmalara başlanılıb.