Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, xidmətin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
general-mayor ali hərbi rütbəsi
polkovnik Rəşad Firidun oğlu Həmzəyevə
polkovnik İmran Surxay oğlu Tağı-zadəyə
ədliyyə general-mayoru ali hərbi rütbəsi
ədliyyə polkovniki Həsən İsa oğlu Mansurova.
Prezidentin digər sərəncamı ilə milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə DTX-nın aşağıdakı hərbi qulluqçuları təltif edilib:
3-cü dərəcəli "Vətənə xidmətə görə ordeni ilə
Əliyev Zaur Aydın oğlu - polkovnik
Hacıyev Bəxtiyar Zabil oğlu - ədliyyə polkovniki
"Vətən uğrunda medalı ilə
Ramazanov Rafiq Sultan oğlu - polkovnik
Hüseynov İlqar Yavər oğlu - polkovnik
Yaqubov Fəqan Vaqif oğlu - polkovnik-leytenant
Camalxanov Zaur Vəli oğlu - polkovnik-leytenant
Məmmədquliyev Əli Şüceyib oğlu - mayor
"İgidliyə görə medalı ilə
Qasımov Məmməd Fərman oğlu - polkovnik-leytenant
Cavadov Hüseyn Yaqub oğlu - polkovnik-leytenant
Əzimov Əzim Yaqub oğlu - leytenant
"Hərbi xidmətlərə görə medalı ilə
Abdulov İlqar Yaşar oğlu - polkovnik-leytenant
Bəşirov Coşqun Şərif oğlu - polkovnik-leytenant
Əliyev Samir Qadir oğlu - ədliyyə polkovnik-leytenantı
Paşayev Qənimət Əliheydər oğlu - mayor
Hacıyev Ramil Kamil oğlu - mayor
Həşimov Mirələm Ağamir oğlu - mayor
Ələskərov Kazım Faiq oğlu - mayor
Zeynalov Vüsal Nayib oğlu - kapitan
Qəmbərli Kamal Müşviq oğlu - baş leytenant.