Prezident İlham Əliyev Banqladeş Prezidentinə təbrik məktubu ünvanlayıb.

Unikal.org   xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,

Banqladeş Xalq Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Banqladeş xalqına sülh və tərəqqi diləyirəm".