Polislər sosial şəbəkələrdə tanış olduğu insanlara qarşı dələduzluq edən şəxsin saxlanılması üçün əməliyyat keçirib.
Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinə müraciət edən Şirvan şəhər sakini Rəsul Mehdiyev "İnstagram sosial şəbəkəsində onun videolarını paylaşan "Dublaj.Vine.Baku adlı səhifənin istifadəçisi ilə tanış olduğunu və onunla görüşən zaman mobil telefonun həmin şəxs tərəfindən oğurlandığını bildirib.
Bölmə əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həmin səhifənin sahibi Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Ramin İsmayılov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.
Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Ramin İsmayılovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102 Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsi, eləcə də 18-ci Polis Bölməsinə müraciət edə bilərlər.