"Səudiyyə Ərəbistanının şəhərlərinə edilən raket hücumlarını qınayırıq.
Unikal.org APA-ya istinadən bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Yəmən ərazisindən Səudiyyə Ərəbistanına raketlərin atılması məsələsinə münasibət bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələ ilə əlaqədar mövqeyini dəfələrlə ifadə edib: "Bu qəbildən olan hallar regionda onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Biz regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün siyasi-diplomatik səyləri daha da artırmağa çağırırıq.