Xaçmazda bıçaqlanma faktı qeydə alınıb. 

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Xuray kəndində baş verib. Kənd sakini 2002-ci il təvəllüdlü Süleymanov Nasir Mahir oğlu bıçaqlanıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır. Onun tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.