Rusiyanın Azərbaycandakı səfirliyində Kemerovoda baş vermiş yanğında həlak olanları anmaq məqsədi ilə xatirə kitabı açılıb. 

Rusiya səfirliyindən Unikal.org-a verilən məlumata görə, xatirə kitabı martın 28-də saat 15.00-dan 18.00-dək, 29-da isə saat 10.00-dan 13:00-dək və 15:00-dan 18.00-dək açıq olacaq.

Martın 28-də saat 15:00-dan 18:00-a qədər, martın 29-da isə saat 10:00-dan 13:00-a və 15:00-dan 18:00-a qədər kitaba başsağlığı diləklərini qeyd etmək olar. Səfirlikdən onu da bildiriblər ki, matəmlə əlaqədar səfirliyin binasında Rusiyanın dövlət bayrağı yarıya qədər endirilib.

Qeyd edək ki, martın 25-də Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində yanğın baş verib. Alov binanın sonuncu mərtəbəsində, kinozalların olduğu ərazidə qeydə alınıb. Bazar günü olduğundan burada çox sayda uşaq olub. Yanğın nəticəsində 64 nəfər həlak olub, onlardan 41-i uşaqdır.