Mingəçevir şəhərində 4 yaşlı uşaq göldə boğularaq ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Kür çayı sahilində yerləşən axmazlardan birində baş verib.

Belə ki, Mingəçevir şəhər sakini, 2015-ci il təvəllüdlü Şahin Hicran oğlu İskəndərli ehtiyatsızlıqdan gölə düşərək boğulub. Ətrafdakıların köməyi ilə sudan çıxarılan uşağın həyatını xilas etmək mümkün olmayıb. Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırmalara başlanlılb.