Ukraynanın Xerson vilayətində Qələbə Gününün 71-ci ildönümü şənblikləri zamanı regionda sabitlyi pozmaq niyyətində olan terror qruplaşması saxlanılıb.
Unikal.org Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda özünün Facebook səhifəsində bu ölkənin Təhlükəsizlik Xidmətinin spikeri Yelena Qitlyanskaya məlumat yayıb.  

Məlumatda qeyd edilir ki, saxlanılanlar aprelin 14-də Qeniçeski rayonun Novoaleksevvka yaşayış məntəqəsindəki partlayışa görə məsuliyyət daşıyırlar. Qitlyanskaya onların maliyyələşməsi və yönləndirilməsi ilə Rusiya xüsusi xidmətinin məşğul olduğunu iddia edib.  

Terrorçuların avtomobilində axtarış zamanı partlayıcı maddələr aşkarlanıb.