Hörmüz boğazının bağlanması İran iqtisadiyyatı üçün intihara səbəb ola bilər.

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "NBC News"a müsahibəsində deyib.

"Düşünürəm ki, bu, iranlıların özləri üçün intihar olardı. Yəni, onların bütün iqtisadiyyatı Hörmüz boğazından keçir. Əgər onlar öz iqtisadiyyatlarını məhv etmək və dünyada tənəzzülə səbəb olmaq istəsələr, məncə, bu, onların qərarı olacaq. Amma niyə belə etsinlər? Məncə, bunun heç bir mənası yoxdur. Məncə, bu, nə onlar üçün, nə də başqaları üçün məntiqlidir", - Deyə vens bildirib.